Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2015

Qapalı şəraitdə saxlanılmaq Mövsüm Səmədova qarşı ən böyük işgəncədir

Anar Qasımlı: Hacı Mövsümün əsas problemi informasiyasız qalmaqdır

Həbsdə olan Azərbaycan İslam Partiyasının lideri ilə bağlı İslaminsesi.org-a məlumat verən vəkil Anar Qasımlı bildirdi ki, uzun fasilədən sonra Qobustan həbsxanasında onunla görüşə bilib.

Vəkil Hacının səhhəti, ruhiyyəsi, danışdıqları ilə bağlı sualları ətraflı cavablandırıb:

- Hacı Mövsümlə görüş sizə necə təsir bağışladı, ruhiyyəsi, səhhəti qaydasındadırmı?

- Dünən nəhayət ki, Hacı Mövsümlə görüşə bildim. Ümumi - əhval ruhiyyəsi barədə onu deyə bilərəm ki, həbsxanaya salınması, qapalı şəraitdə saxlanılması ona sözsüz ki, pis təsir göstərir. Səhhətini isə orta qiymətləndirmək olar nə pis, nə yaxşı, nə də kritik demək olmaz.

Əsas problemi informasiyasız qalmasıdır, müvəkkilim orada heç bir qəzet ala bilmir , ölkədə və dünyada baş verən proseslər barədə məlumat ala bilmir. Ailə üzvlərindən başqa digər şəxslərlə telefon danışıqlarına icazə verilmir. Əsas şikayətləri bu iki haldan ibarətdir.

Bu həbsxana bilirsiniz ki, qapalı yerdir, orda ən sərt, ən ağır rejm mövcuddur. Məsələn, 11 saylı və 12 saylı cəza müəssisələrindən qat-qat ağır şəraitli bir həbsxanadır, gündəlik həyat tərzi gün ərzində 1 saat gəzintinin olmasıdır. Yanında isə cəmi bir məhbusdan başqa heç kəs yoxdur.

- AİP sədri sizin vasitənizlə hansı mesajları catdırdı?

- Hacı Mövsüm bütün xalqımızı, dindarları, dost və yaxınları onun adından salamlamağı xahiş etdi və bildirdi ki, ədalətin bərqərar olması üçün mübarizə zəruri bir amildir. Bu məsələdə hər bir azərbaycanlının rifaha qovuşması üçün hər kəs məsuliyyət daşıyır.

Eyni zamanda beynəlxalq təşkilatlara müraciət edərək, Azərbaycandakı siyasi məhbusların azadlığa çıxması yönündə səylərin artırılmasını tələb etdi.

Hacı Mövsüm həmçinin Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edərək belə bir təbrik göndərdi:

“Bu günlər həm də Xanım Zəhranın (s.ə) şəhadəti günləridir. Qəlbində Əhli-beyt məhəbbəti olan hər bir inanclı insan bayram günlərinin sevincindən daha çox Allahın bu uça məqamlı şəxsiyyətinin kədərli şəhadət tarixini qeyd edir.

Mən də öz adımdan başda Zəmanəmizin imam Mehdi (ə.f) olmaqla bütün müsəlmanlara öz başsağlığımı ərz edirəm.

Həmçinin Azərbaycan xalqını novruz bayramı münasibəti ilə təbrik edirəm. Təbiət aləmində baharın gəlişi həyatımızı öz nəsimi altında qərar versin, inşallah. Bu baharın gəlişi ilə ilahi səadətə yetişə biləcəyimiz baharımızı dərk edə bilək. İmam Zaman Ağanın (ə.f) mübarək nəzərləri altında tezliklə bütün problemlərimiz həllini tapsın, xüsusən də Qarabağ problemini həll edə bilək“.



- Ali məhkəmə ilə bağlı vəziyyət nə yerdədir?

- Biz çalışırdıq ki, Apellyasiya məhkəməsində onun Qobustan həbsxanasına getməsinin qarşısını ala bilək və sonradan Ali məhkəmədə prosesi davam etdirək. Amma bildiyiniz kimi, bu cəhdlərimiz nəticə vermədi və onu Apellyasiya məhkəməsindən sonra dərhal Qobustana göndərdilər.

Avropa məhkəməsində iş üzrə kommunikasiya mərhələsi artıq bitib. Biz bununla bağlı münasibətimizi bildirmişik.

Artıq qərarı gözləyirik, nəticənin nə olacağını yaxın gələcəkdə biləcəyik.
947 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:35