Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2015

Generalın xəbərdarlığı etirazla qarşılandı

BŞBPI-nin 15 mart mitinqi ilə bağlı açıqlaması sosial şəbəkələrdə tənqid atəşinə tutuldu

Milli Şuranın 15 mart mitinqi hakimiyyəti təşvişə salıb. Çünki, hakimiyyət də başa düşür ki, insanlar nifrətlə dolub və hakimiyyətə etimad göstərmir. Ona görə də öncə sosial şəbəkələrdə saxta təbliğat apardılar, mitinqlə bağlı yalan məlumatlar yaydılar.
Bu “fənd”in effekt vermədiyini görəndə isə Milli Şuranın sədri Cəmil Həsənlinin “facebook” səhifəsini sındırdılar və mitinqin “event”ini ləğv etdilər. Və ard-arda Cəmil Həsənlinin adından statuslar yazmağa başladılar, yeni saxta event yaratdılar. Amma bu da effektsiz oldu. Çünki, yeni “event” yaradıldı və az müddətdə 10 minlərlə insan mitinqə dəvət edildi.
Bütün bunlardan sonra Bakı şəhər Baş Polis Idarəsi Milli Şuranın martın 15-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq etdi. Idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər Icra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər hansı təxribatın baş verməsinə imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis Idarəsinə dəvət edəcəyik. Onlara bu barədə xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər Icra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cavab verəcəklər”.
Insanları qorxutmaq, zəhmli görünmək üçün atılan bu addım daha da aqressiv qarşılandı. Belə ki, generalın bu açıqlaması sosial şəbəkələrdə geniş yayıldı və 100-lərlə tənqidi rəylər yazıldı. Insanlar bu xəbərdarlığa görə hakimiyyəti lənətləyən, şüarlarla bağlı məhdudiyyəti ələ salan fikirlər yazırlar və mitinqdə iştirak edəcklərini bildirirlər. Hakimiyyətin 15 mart mitinqi ilə bağlı təxribatçı mövqeyi insanları daha da qəzəbləndirib. Yazılan şərhlərdən görünür ki, heç vaxt mitinqdə iştirak etməmiş adamlar da 15 mart mitininqində iştirak edəcəklərini bəyan edirlər.
Yəni BŞBPI-nin ənənəvi münasibəti bu dəfə daha kəskin qarşılıq aldı. Insanlar tərəddüd etmək, qorxuya düşmək əvəzinə, meydan oxumağa başladı. Çünki, artıq hakimiyyətin yalanları tam ifşa olunub və insanlara verilən vədlərin heç birinə əməl edilməyib.
960 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39