Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Əssəlamu əleykum. Sizə bir neçə sualım var, İnşallah cavablarsız. 1. Hicablı xanımlar uşaqlıq rəsimlərini (yəni uşaqkən, həddi büluğa çatmazdan əvvəlki, hicabda olmadığı) naməhrəmə göstərə bilərmi? 2. Mən 3 il əvvəl nəzir etmişdim, məs niyyət etmişdim ki, filan iş olsun, seyid ağanın qəbrini ziyarətə gedəcəm. Burda niyyətimdə Allah rizası üçün kəlməsi olmayıb, bu nəzir batildirmi? 3. Namazı azan verilib qurtarandan sonramı qılmaq gərək, ya elə azan verilən kimi namaz başlamaq? 4. Salavat zikr edərkən Muhəmməd və ya Muhəmmədin deməyin fərqi varmıdır? 5. Namaz qılan şəxs, qürbətən iləllah əvəzinə illəllah desə (qeyd edim ki, bu haqda məlumatı olmayandır., hökmü nədir? Allah razı olsun inşallah. Çox sağ olun.
Ad: Günahkar qul, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Cavab:

Bismillahir-rəhmanır-rəhim
1. Əgər şəkil qadının həddi-buluğdan sonra üzünün dəyişməsinə görə ona uyğun gəlmirsə (oxşamırsa) öz-özlüyündə icazəlidir. Amma ona uyğun gəlirsə, vacib ehtiyata əsasən bu işdən çəkinmək lazımdır. Bəli, şəkildə üzə və əllərə (biləyə qədər)ləzzət qəsdi olmadan baxmağın öz-özlüyündə eybi yoxdur.
2. Əgər nəzir deyərkən Allahın adını və yaxud tərcüməsini çəkməyibsinizsə ona əməl etmək vacib deyil.
3. Mühüm budur ki, vaxtın girməsinə əmin olasınız. Hər vaxt əminlik yaransa namaza başlaya bilərsiniz. Hərçənd azanın əvvəli olsa da.
4. Fərqi yoxdur.
5. Namaz düzgündür və ürəyində niyyəti (məqsədi) olması kifayətdir və dilinə söz gətirmək vacib deyil. Qürbətən illəllah demək səhvdir.
1151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı