Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2015

Putin Avropanı vahiməyə salır

ABŞ senatoru: "Rusiya prezidenti sanki silahlanma yarışına girib".
"Biz Moskvanın Ukraynanın şərqindəki separatçılara hərbi dəstək verməsindən və Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə iştirakını dayandırmasından narahatıq."
Bunu ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik məsələləri üzrə Komitəsinin sədri, ABŞ senatoru Roger Viçer deyib.
Rusiyanın bu razılaşma çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina etməsindən məyus olduğunu söyləyən senator Rusiyanın sazişdən NATO-nun hərəkətlərinə görə çıxması ilə bağlı arqumentlərini qəbul etməyib.
O bildirib ki, prezident Vladimir Putinin Ukraynaya dair siyasəti, Rusiya döyüş texnikası və hərbçilərinin Ukrayna ərazisində olması onu göstərir ki, o, silahlanma yarışı aparmaq istəyir. Bu, Avropada sabitlik üçün təhlükədir./ans/
815 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber