Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2015

"Deputat" danlanıb

Deputat Hadı Rəcəblinin müəllimlər haqda məlum çıxışı aranı qatıb.

Parlamentin üzvü müəllimlərin dərsdən sonra başqa işlə məşğul olmasını təklif etməsinə görə töhmət alıb.
Mərkəzdən Zillət Məclis üzvünə xəbərdarlıq olunub və fikrini dəyişmək əmr edilib. Ardınca, həmiş olduğu kimi deputat Qənirə Paşayevanın təhsil işçiləri barəsində xoşməramlı sözləri bu gərginliyi sakitləşdirməyə hesablanıb.
H.Rəcəbli isə öz növbəsində musavat.com-a danışaraq sözlərinin yanlış qəbul olunduğunu qeyd edib. Mənbə iddia edir ki, deputat bütün bunlara baxmayaraq danlanıb.
Sovet vaxtı Şəkidə yol verdiyi səhvə görə xalq üsyanı nəticəsində qovulan H.Rəcəbli müstəqillik illərində də ayrı-ayrı vaxtlarda çıxışları ilə diqqət mərkəzinə gəlib.
Onu da deyək ki, son açıqlaması müəllimlərin və ictimaiyyətin ciddi narazılığına səbəb olub. Hətta müəllimləri haqda söylədikləri Rəcəblinin 20 illik deputat karyerasına son qoya da bilər.
862 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber