Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2015

İraqın müdafiə naziri: Artıq Tikrit tam nəzarət altındadır!

Nur-az.com-un farsnews.com-a istinadən:
İki həftə əvvəl Səlahəddin vilayətinin azadlığı uğrunda “Ləbbeyk, ya Rəsuləllah!” adı ilə başlanan əməliyyatın son nəticələri haqda İraqın müdafiə naziri Xalid əl-Ubeydi cümə günü bildirib ki, artıq bu vilayətin mərkəzi sayılan Tikrit şəhəri dövlət qoşunlarının ixtiyarı altındadır. Şəhərin giriş və çıxış nahiyələrinə dövlət qoşunları və könüllülərdən ibarət qüvvələr nəzarət edir. Əməliyyatların əksəriyyəti hava qüvvələrinin himayəsinə bağlı olduğundan cəbhə bölgələrində sürət bir qədər ləngiyir. Hal-hazırda adı çəkilən qüvvələr öz mövqelərini daha artıq möhkəmləndirməklə məşğuldur.

Martın birindən Səlahəddin vilayətinin azadlığı ilə bağlı otuz min nəfərə yaxın ordu ilə başlanan əməliyyatın nəticəsində indiyə qədər bir çox məntəqələr azad edilərək dövlət qoşunları və xalq qüvvələrinin tam ixtiyarına keçib. Məntəqələrin azadlığındakı ləngimə halları strateji nöqtələrdə terrorist ünsürlərin mövqe seçmələri və yollardan tutmuş ta binalara qədər əhəmiyyət kəsb edən yerlərin minalanması ilə əlaqələndirilir. İraqın Təhlükəsizlik Komitəsinin sabiq müşaviri Müvəffəq əl-Rəbiinin bildirdiyi kimi, hal-hazırda Tikrit şəhəri partlayıcı maddə ilə təchiz edilmiş nəqliyyat vasitəsinə bənzəyir.
856 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber