Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

S.Əbiyevin kadrı olmadığı üçün əvvəlki vəzifəsinə qaytarıldı

Zakir Həsənov polkovniki yenidən Müdafiə Nazirliyinə qaytardı

Gəncədəki hərbi hissələr isə şəhərdən çıxarılacaq
Gəncə şəhərində yerləşən hərbi hissələr şəhərdən kənar ərazilərə köçürüləcək. Bu haqda məlumat redaksiyamıza Müdafiə Nazirliyinə yaxın qaynaqdan daxil olub. Digər bir məlumatda isə deyilir ki, yeni müdafiə naziri Zakir Həsənovun oktyabrın 25-də vəzifəsindən azad etdiyi polkovnik Mehman Qədiməliyev yenidən Müdafiə Nazirliyinin mühəndis-istehkam xidmətinin rəisi postuna qaytarılıb.

M. Qədiməliyev I ordu birləşməsinin (Bərdə korpusu) mühəndis-istehkam xidmətinin rəisi təyin olunmuşdu. Qaynağımız deyib ki, M.Qədiməliyevin vəzifədən çıxarılması və yenidən təyinatının səbəbi bəlli deyil. Belə məlumatlar var ki, polkovnik yeni nazirə Səfər Əbiyevin yaxın adamı kimi təqdim edilib. Bundan sonra onun vəzifədən çıxarılması əmri verilib. Sonradan isə polkovnikin S.Əbiyevin kadrı olmadığı müəyyənləşib və o, öz işini bilən kadr kimi yenidən əvvəlki vəzifəsinə təyin edilib.
1714 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25