Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2015

Kerri siyasi səhvə yol verdi

Misirdə keçirilən beynəlxalq iqtisadi konfransın ilk günündə çıxış edən Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibinin sözləri siyasi müzakirəyə yol açıb.

Bir sıra ölkələrin xarici işlər nazirləri, iş adamları ilə təmsil edildiyi konfransda ABŞ Dövlət Katibi Con Kerri də çıxış edib.

“Gələcəyin Misiri” adlı iqtisadi konfransda C.Kerri siyasi səhvə yol verib.

“Hamımız İsrailin gələcəyi üçün dəstək göstərməli, əlimizdən gələni etməliyik”, - deyə çıxış edən Kerri Misirlə İsraili qarışdırıb.

Onun bu sözləri salondakılarda soyuq duş effekti yaşadıb. Bir sıra politoloqlar isə ABŞ rəsmisinin bu çıxışını şüurlu şəkildə etdiyini irəli sürür./ans/
869 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber