Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2015

Fransada İsrail əleyhinə olan karikaturaçı həbs olundu

Fransada İsrail əleyhinə olan karikaturaçı həbs olundu - "Mən Zeonam deyə bilərsinizmi?" (Foto)

Fransada İsrail əleyhinə karikaturalarla gündəmə gələn karikaturaçı Zeon həbs olunub.

Azad sözü dəstəklədiyini bəyan edən Qərb mediası Zeonun həbs olunmasına heç bir reaksiya verməyib .

Fransız karikaturaçı Zeon, çərşənbə axşamı səhərə yaxın 4 polis tərəfindən həbs olunub . Karikaturaçı Parisdə məhkəmə qarşısına çıxarılıb . Karikaturaçı haqqındakı şikayətin "Antisemitizmə Qarşı" adlı dərnək tərəfindən verildiyi öyrənilib.

Məhkəmədə Zeonun həbs olunmasına səbəb , karikaturalarında ABŞ və İsrailin tarixi müharibə cinayətlərində ittiham edilməsi və İsrail xəritəsi şəklindəki bıçaqla fələstinli uşağın qətlə yetirildiyini göstərən şəkil olub. Hakim, Zeonu irqçilikdə və dini nifrət cinayəti törətməklə günahlandırıb. Bütün ittihamlara baxmayaraq Zeon sərbəst buraxılıb.


Karikaturaçı Zeonun həbs olunmasına reaksiya göstərən bəzi sosial media istifadəçiləri, "Çarli Hebdo" hücumu zamanı "Mən Çarliyəm" kampaniyasına başlayanlara müraciət edərək, "indi də mən Zeonam deyə bilərsinizmi" şəklində kampaniya başladıblar..


904 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber