Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2015

Qadın paltarında qaçmaq istəyən on yeddi təkfirçi-terrorist tutulub!

Nur-az.com-un farsnews.com-a istinadən:
İraq dövlət qoşunları və xalq qüvvələrinin həmkarlığı ilə Səlahəddin vilayətinin azadlığı və terroristlərdən təmizlənmə istiqamətində aparılan əməliyyatlar artıq İŞİD-i qadın paltarına bürünüb bu vilayəti tərk etməyə vadar edib. Ötən neçə gün ərzində terrorist ünsürlərin dəfələrlə qadın paltarına bürünüb məntəqəni tərk etməyə cəhd göstərdikləri zaman ələ keçdikləri qeydə alınıb.

Bu gün Diyali vilayətinin təhlükəsizlik komissarlığı Diyali-Səlahəddin istiqamətində qaçmaq istəyən 17 təkfirçi-terroristin ələ keçdiyi haqda məlumat yayıb. Komissarlığın rəisi Sadiq əl-Hüseyni bildirib ki, hal-hazırda Diyali-Səlahəddin istiqamətindəki nahiyəyə xalq və təhlükəsizlik orqanının qüvvələri nəzarət edir və həmin ünsürlər ötən on gün ərzində məntəqələr azad edildikcə qadın paltarında qaçmağa cəhd göstərdikləri zaman ələ keçiblər.



925 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP