Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2015

Putinin şəxsi mühafizəçisi öldürüldü - FOTOLAR

Rusiya prezidenti Vladimir Putinin şəxsi mühafizəçisi, general-polkovnik Viktor Zolotov öldürülüb. Bu haqda məlumatı “joinfo” saytı Ukraynanın məşhur aparıcısı Aleksey Moçanovun iddiasına istinadən yayıb. 

Aleksey Moçanov özünün Facebook səhifəsində Putinin baş mühafizəçinin öldürülməsi xəbərinin Moskvadakı gizli mənbə tərəfindən təsdiq edildiyini yazıb. 
Ancaq bu iddiaya Kreml hələ öz münasibətini bildirməyib. 

Qeyd edək ki, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışan Viktor Zolotov 13 ildir ki, Putini mühafizə edir. O, həmçinin Rusiya prezidentinin ən yaxın dostlarından biri hesab edilir. 

Viktor Zolotov ötən ildən Rusiya daxili işlər nazirinin 1-ci müavini və DİN-in Daxili Qoşunlarının Baş komandanı kimi məsuliyyətli vəzifələrə irəli sürülüb.

Öldüyü iddia edilən Zolotov bir vaxtlar Sankt-Peterburqun qubernatoru olan Anatoli Sobçakın da mühafizəçisi işləyib. Putin 1999-cu ildə Rusiyanın Baş naziri seçilən kimi Zolotovu özünə mühafizəçi götürüb.

Xatırladaq ki, mart ayının 6-dan etibarən Putinin ictimaiyyət qarşısına çıxmaması dünya mediasının ən aktual mövzularından birinə çevrilib.





2255 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi