Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2015

Milli Şuranın "Talana son" mitinqi başa çatdı

Mitinqin təşkilatçıları aksiyada 10 min nəfərin iştirak etdiyini bəyan edib. Növbəti aksiyanın tarixi isə aprelin 5-nə təyin edildi.

Hazırda Milli Şuranın sədri Cəmil Həsənli çıxış edir. C.Həsnli çıxışına "Azərbaycanın tarixini yazan gəncliyə eşq olsun" deməklə başladı. "Hakimiyyət aksiyanın izdihamlığının qarşısını almaq üçün hər bir addıma əl atdı. Büdcəni oğurladılar, sərvətləri oğurladılar. İndi də profil oğurlayırlar", deyə C.Həsənli vurğuladı.

Cəmil Həsənli: "Əliyev rejimi əbədi deyil"


C.Həsənli bildidi ki,  fevralın 21-də MB-nin qərarını şənbə günü verməsi təsadüfi deyil: "Mən tarixçiyəm indiyə qədər faşist rejumləri öz anti-xalq qərarlarını şənbə günləri qəbul ediblər. Musolini, Hitler əksər anti-xalq qərarların şənbə günü verib. Çünki həmin gün ziyalılar istirahət edir, mətbuat çıxmır. Bu hakimiyyətdə manatı məhz fevralın 21-də "qara şənbə" günü ucuzlaşdırdı".

C.Həsənlinin sözlərinə görə, bu hakimiyyət etdiklərinin hesabatın verməlidir. "Heç bir zalım rejimlər əbədi deyil. Əliyev rejimi də əbədi deyil. Bir gün bu xalq bu rejim üzərində qələbəsini qeyd edəcək. Korrupsiyaya qarşı bu qədər idarələr yaradırlar. Amma heç birinin xeyri yoxdur. Çünki korrupsiyanın başında şəxsən İlham Əlieyv dayanır", deyə C.Həsənli vurğuladı.

Fuad Qəhrəmanlı: "Biz xilası bu uca xalqın iradəsindən gözləyirik"

Hazırda AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxış edir: "Bahalaşmanın səbəbi ölkədəki rüşvətxorluqda, korrupsiyada, inhisarçılıqdadır. Bunlar Azərbaycan uğrunda qanını tökmüş şəhid ailələrinin, qazilərin pullarına göz dikəcək dərəcədə qansızdırlar. Bu ölkədə nə qanunlar, nə əxlaq işləyir. Bunları durduracaq nə qanunlar, nə əxlaq var. Bunları durduracaq yeganə güc xalqdır. Biz təşkilatlanmalıyıq ki, bunlar xalqın qəzabını görsünlər. Biz xilası bu uca xalqın iradəsindən gözləyirik".

Növbəti çıxışçı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli oldu. Aksiya iştirakçılarını salamlayan R.Əhmədli də hakimiyyətin yürütdüyü siyasətin mahiyyətini ifşa etdi.

AXCP sədrinin müavini Gözəl Bayramlı çıxış edir. Hakimiyyətin siyasətinin nəticəsi olaraq xalqın acınacaqlı duruma düşdüyünü deyən G.Bayramlı vurğuladı ki, baş verənlərə göürə məsuliyyəti hazırkı iqtidar daşıyır.


Aksiyanın aparıcısı Ə.Qurbanlı bildirdi ki, aksiya iştirakçılarının yolunu bağlayaraq mitinqin daha da izdihamlı olmasının qarşısını almağa çalışırlar.

Əli Kərimli: "Hakimiyyət anti-xalq siyasəti yürüdür"

Ə.Kərimli sonda meydana müraciət edərək aksiyaların davamlı olmasına münasibətin necə olduğunu sordu. Aksiya iştirakçıları alqış sədaları ilə aksiyaların davamlı olmasının tərəfdarı olduqlarını bəyan etdilər.

Ə.Kərimli bildirdi ki, xalq düşünməlidir ki, nəyə görə hakimiyyət onunla belə rəftar edir: "Ona görə ki, biz zamanında Elmar Hüseynova arxa dura bilmədik. Bəlkə ona görə ki, hakimiyyətin korrupsiya layihələrini ifşa edən Xədicə İsmayıl həbsdədir. Biz ona lazımınca dəstək ola bilmədik. Bəzən hamımız öz növbəmizi gözləyirik. Onlarla qeyrətli insanlar ona görə həbsdədir ki, hakimiyyət bu ölkənin sərvətlərini rahat talan edə bilsin. Biz bu haqsızlığa dözməməliyik. Ölkədə köklü dəyişikliyə nail olmalıyıq. Əminəm ki 15 martda başlayan proses davamlı olacaq və biz öz azadlığımıza qovuşacayıq".

Ə.Kərimlinin çıxışı zamanı meydanda "erməniyə xərcləmə, xalqı səfil eyləmə" şüarları səsləndi.

Daha sonra söz AXCP sədri Əli Kərimliyə verildi: "Bu gün bizim düçar olduğumuz bu durum hakimiyyətdəkilərin yarıtmaz siyasətinin nəticəsidir. Onlar bu gün anti-xalq siyasəti yürüdürlər. Xalqın başına oyun açılır. Hakimiyyət korrupsiyasından qalmır".

Milli Şuranın Bakıda planlaşdırdığı mitinq başlayıb. “Məhsul” stadionunda keçirilən mitinq dövlət himni ilə açıq elan edilib. AXCP sədrinin müavini Əbülfəz Qurbanlı bildirib ki, stadionda Azərbaycan xalqı var, ölkənin talanmasına “Yox!” deyənlər var, azad olmaq istəyən insanlar var: “Bu meydanda bütün Azərbaycan var!”.

 

Milli Şuranın "Talana son" mitinqi başa çatdı


Milli Şuranın "Talana son" mitinqi başa çatdı

 

Milli Şuranın "Talana son" mitinqi başa çatdı


Milli Şuranın "Talana son" mitinqi başa çatdı


 musavat.com
2071 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP