Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2015

İraqda kütləvi məzarlıq tapılıb

Bəşir qəsəbəsi ətrafında tapılan məzarlıqdan 16 türkmən döyüşçüsünün cəsədi çıxıb
İraq ordusu və peşmərgənin ölkənin şimalında yerləşən türkmənlərin Bəşir qəsəbəsini azad etməsi əməliyyatı zamanı ərazidə kütləvi məzarlıq aşkar edilib. Türkiyənin Anadolu Xəbər Agentliyinin məlumatına görə, kütləvi məzarlıq qəsəbəyə hücum əməliyyatına hazırlıq məqsədi ilə torpaq qazıntısı zamanı aşkarlanıb.

Agentliyə açıqlama verən əməliyyat qüvvələrinin komandanı, Bədr briqadasının bölgə üzrə nümayəndəsi Yılmaz Nəccar bildirib ki, partladılan yola alternativ olaraq yeni yol açılması zamanı tapılıb. Əvvəlcə bir neçə sümük tapılıb, daha sonra qazıntı işlər genişlənib və məzarlıqdan 16 cəsəd çıxarılıb.
Cəsədlərin üzərindəki geyim və şəxsiyyət vəsiqələri onların bölgədə yaşayan türkmənlər olduğu aydın olub. Sitat: “Edam edilən insanların geyimləri və üstlərindən çıxan şəxsiyyət vəsiqələrində kimlikləri müəyyən olunub. Bunlar keçən il avqust ayında Bəşir qəsəbəsini azad etmək üçün əməliyyat həyata keçirən Duz Xurmatu, Təzə Xurmatu və Bəşir qəsəbələrindən olan türkmənlərin qurduğu könüllü müdafiə birliyinin üzvləridir. O zaman onların həyata keçirdikləri əməliyyat uğursuz olmuşdu və bu adamlar İŞİD-in əlinə keçmişdi. Daha sonra isə onları edam etmişdilər”.
Qeyd edək ki, Bəşir qəsəbəsinin azad edilməsi əməliyyatı martın 12-də başlayıb. Hazırda əməliyyatlar davam edir. Qəsəbə hazırda türkmən qüvvələrinin mühasirəsi altındadır. Döyüşlər davam edir./musavat/
1208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber