Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2015

Masallının tank keçməz yolları

Rafil Hüseynovun rayonunda milyonların adı var, özü yoxdur

Masallı sözün əsl mənasında icra başçıları tərəfindən heç bəxti çəkməyən rayondur. İllərdən bəri dövlət başçıları tərəfindən təyinat alan məmurlar rayona özlərinin şəxsi mülki və ya «çörək ağacı» kimi baxıblar. Elə bu gün də vəziyyət dəyişməyib.

Masallının milyonlar «xərclənmiş» yollarına bir dəfə yağış dəydikdən sonra «gül açır». Məsələn, rayon mərkəzindən Ərkivan qəsəbəsinə uzanan yolun asfaltı ötən ilin avqustunda vurulub. Amma bu gün görən olsa, onun keçən yay deyil, sovet dövründə vurulduğunu güman edir. Çünki yolda yolluq əsər-əlamət yoxdur.

Nəzərə alın ki, Masallının «ana yolları» dediyimiz gündədir. İndi ara yolların vəziyyətini düşünün. Məsələn, rayonun içindəki Digah qəsəbəsinin hansı vəziyyətdə olduğunu bir görənlər, bir də Allah bilir. Çünki buradan maşınla deyil, piyada keçməyə cəsarət istəyir. Su xətti çəkmək adı ilə iki ildir qazılmış yola torpaq tökülüb və bununla da məsələ bitib. Nəticədə, bir çox kəndlərdən rayon mərkəzinə daxil olan yol bağlanıb.

Masallının icra başçısı Rafil Hüseynovun dönəmində isə durum daha vahiməli şəkil alır. Bu şəxsin icra başçısı olduğu rayonda «Ulu Öndər» dediyi şəxsin adına belə hörmət qoyulmur. Məsələn, Heydər Əliyev Prospektinin hansı gündə olduğunu rayon camaatından soruşmaq kifayət edər.

Yayımladığımız foto isə Masallının daxili yollarının durumunu əks etdirir. İri yük maşınlarının belə batdığı bu yollarda kiçik avtomobillərin hərəkəti mümkünsüzdür. Əlbəttə ki, bəlkə də sənədlərə baxsaq, həmin yolun 10 dəfə asfaltlandığı qeyd olunub və filan qədər də xərc çəkildiyi vurğulanıb. Amma reallıqla kağız arasında ciddi fərq var. Çünki kağız üzərindəkilər yeyintinin, reallıqda görünən isə həqiqətin təsviridir./jam.az/
867 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu