Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2015

Türkiyədə azərbaycanlı qadın yoxa çıxıb

Azərbaycan vətəndaşı olan 40 yaşlı qadından 1 həftədir xəbər yoxdur

Türkiyənin İğdır vilayətində azərbaycanlı qadın itkin düşüb. Türkiyə mediasının məlumatına görə, İğdırda yaşayan 47 yaşlı Hakan Akbay Azərbaycan vətəndaşı olan həyat yoldaşı, 40 yaşlı İlhamənin yoxa çıxması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

H.Akbay deyib ki, həyat yoldaşı aşpaz işləyir və 1 həftə əvvəl işə getmək üçün evdən çıxıb. Lakin həmin gün İlhamə Akbay geri qayıtmayıb: “Hər yerdə axtardıq, qohumların hamısından soruşduq, telefonuna da o gündən zəng çatmır”.

Qeyd edək ki, İlhamə Akbay 23 ildir ki, Hakan Akbayla evlidir. Onların nikahından iki övladları var.
1255 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı