Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2015

"Sovetski"də kütləvi dava: qan töküldü

Bakının Yasamal rayonunda kütləvi dava olub. “Sovetski” adlanan ərazidə baş verən davada 50-yə yaxın adam iştirak edib.
Bu barədə hadisə şahidləri məlumat verib. Belə ki, dava Yevlax rayonundan gələn gənclər arasında baş verib. Davaya 12 maşınla gələn şəxslər soyuq silahla və armatur parçaları ilə silahlanıblar. Güclü dava zamanı bıçaqlanan və yaralananlar olub.
Kütləvi davanın hansı səbəbdən baş verməsi açıqlanmır. İşi araşdıran Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Anar Dəmirçiyev istintaq sirri olduğundan açıqlama verməkdən imtina etdi.
Əldə etdiyimiz məlumata görə, davaya səbəb narkotik olub. Sovetskidə yaşayan narkotacirdən mal alan şəxslər onun saxta və ya keyfiyyətinin aşağı olmasının şahidi olublar. Elə dava da bunun üstündə baş verib.
Hadisə 3 gün əvvəl baş versə də, hadisə mediadan ciddi-cəhdlə gizlədilib. Təfərrüatlar barədə heç bir məlumat verilmir./milliaz/
825 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı