Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2015

Topdansatışçılar mal satışını dayandırdılar

Əksər dükanlarda uşaq bezləri, bəzi zəruri ərzaq məhsulları qəhətə çıxıb

Fevralın 21-də Mərkəzi Bankın manatla bağlı verdiyi qərardan sonra ölkədə bahalaşmanın qarşısını almaq hələlik mümkün olsa da, bunun uzunmüddət davam edəcəyi əvvəlcədən məlum idi. İqtisadi İnkişaf və Sənaye Nazirliyinin müvafiq xidmətlərinin keçirdiyi reydlər isə daha çox pul qazanmaq üçün vasitə kimi diqqəti çəkir. Vəziyyət isə getdikcə pisləşməkdədir.

Bahalaşma prosesindən sonra əksər dükanlarda bəzi malların qəhətə çıxdığı müşahidə olunur. Məsələn, dünəndən etibarən dükan sahibləri topdan satış mərkəzlərindən bəzi ərzaq mallarını, uşaq bezləri, saqqız və daha bir çox adda mallar ala bilmədiklərini deyirlər. Əməkdaşlarımızın apardığı müşahidələr zamanı məlum olub ki, bu malların satışı ilə məşğul olan topdan satış mərkəzləri xaricdən aldıqları məhsulları satışa çıxarmaqdan imtina edirlər.

Belə ki, onlar dollar 0,78 qəpik olan zaman xaricdən aldıqları malları eyni qiymətə satmağın artıq sərfəli olmadığını vurğulayırlar. Və bu səbəbdən bahalaşmanı gözləməkdən başqa çıxış yollarının olmadığını bildirirlər. Əks təqdirdə, böyük zərərlərlə üzləşəcəklərini deyirlər.

Topdan satış mərkəzlərinin anbarlarında yetərli qədər mal olsa da, satışa buraxılmadığı üçün artıq qıtlıq baş qaldırır. Və proses bir qədər də davam edərsə, əksər dükanlarda gündəlik təlabat mallarının çeşidlərinin azalacağı qaçılmaza çevriləcək./jam.az/
1131 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi