Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salam aleykum. Biz Azərbaycan ölkəsində yaşayırıq. Bizim ölkəmizdə çoxdandır ki, qərb mədəniyyətindən qaynaqlanan 8 mart beynəlxalq qadınlar günü keçirilir. Həmin gün qadınlar bu gün münasibətilə təbrik edilir və adətən hədiyyələrə təqdim edilir. Camaat özü bunu qərb mədəniyyəti bilmir və təkcə beynəlxalq qadınlar günü hesab edirlər. Bu mövzunun (beynəlxalq qadınlar günü münasibətilə qadınları təbrik vermək və onlara hədiyyə vermək) və ümumiyyətlə bu günü keçirməyin şəri hökmünü bilmək istəyirik. Azərbaycan ölkəsindən bir qrup mömin
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Cavab:

Bismillahir-rəhmanır-rəhim 

Ayətullah əl-üzma Xamenei:
Sualın fərzində dini və şəri meyarlar gözlənilsə, günah və fəsada düşmək qorxusu olmasa, eybi yoxdur.

Ayətullah əl-üzma Məkarim:
Şəri cəhətlər riayət olunsa və günaha düşmək qorxusu olmasa, iradı yoxdur.

Ayətullah əl-üzma Nuri Həmədani:
İslamda qadının məqamı çox üstündür və uca tutulmuşdur. Yaxşı olar ki, müsəlmanlar mədəni və ictimai məsələlərdə islami adət-ənənələrə uyğun rəftar etsinlər.
Əgər bu adət (8 martda qadınları təbrik etmək və onlara hədiyyə vermək) camaat arasında toplumun kafirlərə oxşamasına səbəb olsa, icazəli deyil.

Ayətullah əl-üzma Fazil (r):
Sizin şəhərinizin camaatınızın adəti əsasında qadınlar gününü keçirmək və kişilərin həmin gün münasibətilə ona məhrəm qadınlara hədiyyə verməsinin iradı yoxdur. Həmçinin, tanış və qeyri-tanış naməhrəm qadınlara o surətdə hədiyyə verə bilərlər ki, haram münasibət qəsdi olmasın və fəsad yaratmasın və bu şərtlərlə qadın da hədiyyəni qəbul edə bilər. 

Ayətullah əl-üzma Məzahiri:
Əgər günaha düşülməsə, yaxud fəsad ehtimalı onda olmasa, bu cür adət-ənənələrə əməl etməyin eybi yoxdur.
1028 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı