Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2015

Avtomobilini aşırdı, altında qalıb öldü - Azərbaycanda

Mingəçevir şəhərində ölümlə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Mingəçevir Dövlət Dram Teatrının qarşısındakı böyük dairəvi yol ötürücüsündə baş verib. Şəhər sakini, 1958-ci il təvəllüdlü Abbasov Allahverdi Cəlil oğlu idarə etdiyi 20-CJ-852 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı minik maşını ilə hərəkətdə olarkən dairəvi yol ötürücüsünə daxil olub və sola dönərkən idarəetməni itirib. Maşın dairənin səki daşına çırpılaraq aşıb. Sürücünün başı aşan maşının pəncərəsindən çıxaraq yerə dəyib və nəticədə aldığı ağır xəsarət səbəbindən Allahverdi Abbasov hadisə yerində dünyasını dəyişib. Məlumata görə, sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsi onun ölümünə səbəb olub./apa/
812 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:16
Manat dəyər