Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

Misir universitetlərində hərbi çevrilişə qarşı aksiyalar devam edir

Misirdə "mübahisəli" sərbəst toplaşma qanununun təsdiq edilməsinə baxmayaraq çevrilişə qarşı aksiyalar davam edir.

Misirin müvəqqəti prezidenti Adil Mansur tərəfindən təsdiqlənən "mübahisəli" sərbəst toplaşma haqqında qanuna baxmayaraq çevrilişə qarşı aksiyalar davam edir.

Çevrilişə qarşı olan tələbələr, Əzhər, Qahirə, Ayn Şəms , Xilvan, Mənufiyyə, Bəni Suvəyf, İskəndəriyyə və Asyut universitetlərində aksiyaları davam etdirir.

Həbs edilən yoldaşlarının azadlığa buraxılmasını istəyən tələbələr, Rabia və Nəhdə meydanlarındaki qətliamlarla birlikdə qanuni qüvvəyə minən sərbəst toplaşma qanununu da protest etdilər.

Əllərində ordu tərəfindən devrilmiş prezident Muhəmməd Mursinin şəkilləri və üzərində "Rabia" işarəsi olan plakatlar daşıyan aksiyaçılar ordu, polis və Əzhər şeyxi Əhməd Ət-Tayyib əleyhinə şüarlar səsləndiriblər.

Dərsləri boykot
Əzhər universitetinin Ərəb dili, Əczaçılıq, Kənd təsərrüfatı , Stomotologiya, Dəqiq elmlər və Mühəndislik fakültələrindəki çevriliş əleyhdarı tələbələr, cümə günü olan aksiyalara müdaxilə zamanı vəfat etmiş tələbə yoldaşları Salah Əbu Hamidə ilə Abdulqani ət-Talibin qatillərinin tapılması üçün bugün dərsləri boykot etmək qərarını veriblər.
Misir universitetlərində tədris ilinin başladığı gündən çevrilişə qarşı aksiyalar davam edir.

Misirin müvəqqəti prezidenti Mansurun təsdiqlədiyi qanun, Daxili İşlər Nazirliyinə " təhlükəsizlik və ictimai qaydaları pozduğu halda" mitinq və yürüşləri qadağan etməyə, təhlükəsizlik orqanlarına da "aksiyaların gücdən istifadə edilərək dağıdılması" ilə bağlı geniş səlahiyyət verir.

Yeni qanuna görə qanunu pozan şəxslər 2 ildən 5 ilə qədər həbs və yüksək məbləğdə cərimə ilə cazalandırılacaqlar.
1816 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı