Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2015

“Növbəti mitinq daha kütləvi olacaq”

Hakimiyyət Milli Şuranın 15 mart mitinqdən narahat olub
 
Milli Şuranın martın 15-də keçirdiyi "Talana son" mitinqi hakimiyyətin ciddi narahatlığına səbəb olub. Hələ mitinqdən əvvəl hakimiyyətin təxribat qrupunun Bakı Şəhər Icra Hakimiyyətininin adından aksiyaya icazə verilmədiyi barədə saxta məktub yayması, Milli Şuranın sədri Cəmil Həsənlinin “Facebook” səhifəsi ələ keçirilərək insanları çaşdırmağa yönəlik saxta məlumatların tirajlanması hökumətin bu aksiyadan ciddi təlaş keçirdiyini göstərirdi. İçtimaiyyətin “Talana son” mitinqinə göstərdiyi böyük rəğbət, təkcə “Azadlıq”dan aksiya ilə bağlı məlumatların on minlərlə insan tərəfindən oxunması rejimin bu aksiyanın uğurlu baş tutmaması üçün hərəkətə kəçəcəyini proqnozlaşdırmaq çətin deyildi. Bütün təxribatlara rəğmən martın 15-də “Məhsul” stadionunda baş tutan aksiyaya təkcə Milli Şura və digər siyasi təşkilatların nümayəndələri deyil, xeyli sayda müxtəlif sosial təbəqələrdən olan vətəndaşlar da qatılaraq “talana son” dedi. 
15 mart aksiyasının gözlənildiyindən də kütləvi alınması, mitinq iştirakçılarının rəyi əsasında növbəti aksiyanın vaxtının təyin edilməsi hakimiyyəti nəzarətində olan mediya vasitəsilə Milli Şuranın 15 mart mitinqinə kölgə salmağa yönəlik cəhdlərə vadar etdi. 
Milli Şuranın üzvləri isə hesab edir ki, hakimiyyətin anti-mitinq təbliğat effek verməyəcək. Onların fikrincə, iqtidar mitinqi gözdən salmaq əvəzinə aksiyanın qətnaməsindəki tələbləri ən qısa zamanda yerinə yetirməlidir. 
 
“Bu mitinq xalqın vəziyyətlə barışmaq istəmədiyini göstərdi”
 
Milli Şuranın Kordinasiya Mərkəsiz üzvü Qurban Məmmədovun sözlərinə görə, 15 mart mitinqi bir daha nümayiş etdirdi ki. Azərbaycan xalqı həqiqətən də şərəfli, qəhrəman bir millətdir :
 
“Ölkədə hökm sürən repressiya mühiti, vətəndaşların təqib olunması və s. müqabilində 10 minə qədər vətəndaşın bir araya toplanaraq baş verənlərə susmadığını, etiraz etdiyini göstərməsi Azərbaycan xalqının daha mövcud vəziyyətlə barışmaq istəmədiyini, haqqı nahaqqa vermək niyyətinin olmadığını isbatlamış oldu. Mən dünən bir daha inandım ki, millətimiz bu gününə, sabahına sahib çıxmağa qadirdir və bunu edəcəkdir. 15 mart mitinqində insanların üzündəki sevinclə yanaşı əzəmət qürurverici idi.  Mən həmçinin  bu mitinqdə minlərlə yeni sima, professor, müəllim, ziyalı gördüm ki, onlar daha bu rejimin talançılığı ilə, xalqla saymazyana münasibətilə barışmadıqlarını səsləndirdikləri şüarlarda ifadə edirdilər  və fəxr etdim ki, mən bu millətin övladıyam. Hesab edirəm ki, xalqımızdakı özünə inamın formalaşması prosesi bizləri arxainlaşdırmamalıdır, növbəti aksiyalara daha ciddi hazırlaşmalıyıq. Eləcə də hakimiyyət dərk etməlidir ki, əgər xalqın yanında müxalifət olmasa sabah bu xalqın qəzəbi onları tarixin zibilliyinə atar. Ona görə də iqtidarlı-müxalifətli baş verən hadisələrdən obyektiv, düzgün nəticə çıxarılmalıdır. Azərbaycanda təcili islahatlar həyata keçirməklə, hörmətli Əli Kərimlinin çıxışında səsləndirdiyi kimi monopoliyaya, rüşvətə, korrupsiyaya son verərərək, ölkə iqtisadiyyatının, insanların rifahının inkişafı istiqamətində real addımlar atılmalıdır. Əks halda xalqın hər gün artan narazılığı insan selinə çevrilərək bu hakimiyyəti də, onun cib müxalifətini də tarixin arxivinə göndərəcək.”
Qurban Məmmədov Koordinasiya Mərkəzinin qərarı ilə növbəti aksiyanın 5 aprelə təyin olunmasını doğru qərar sayır: “Koordinasiya Mərkəzi olaraq mitinqdən öncə qərar vermişdik ki, əgər xalqımız aksiyaların davamlı olmasını tələb edərsə bu aksiyaların təşkilatçılığını boynumuza götürməyə hazırıq. Və belə də oldu . Mitinq iştirakçılarının rəyinə əsasən aprelin 5-nə təyin etdiyimiz mitinqə daha çox insanın qatılacağınına və bu prosesin davamlı olacağı təqdirdə cəmiyətin kütləvi şəkildə etirazlara qoşulacağına əminəm.”
 
“Bu mitinq hamının acısısnı özündə əks etdirən  möhtəşəm aksiya idi”
 
Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev hesab edir ki,  hakimiyyətin “Talana son” mitinqinə hər yolla mane olmağna baxmayaraq, aksiya möhtəşəm keçib:
 
“ Milli Şuranın 15 mart aksiyası sivil, qanuna uyğun olmaqla yanaşı, kifayət qədər kütləvi alindı. Mitinqdə səslənən fikirlər əsasən, də hörmətli Əli Kərimlinin çıxışında toxunduğu mövzular,  insanların qəlbindəki ağrıları ifadə edirdi. Bu mitinq hamının acısısnı, problemini özündə əks etdirən  möhtəşəm aksiya idi. Zamanında müxalifətdə olan, özlərini tamam nüfuzdan salmış bəzi mətbuat orqanları utanıb qızarmadan bu aksiyaya əngəl törətməyə, kölgə salmağa çalışdılar, hələ də davam edirlər. Adamlar nəzərə almırlar ki, görünən kəndə bələdçi gərək deyil. Hər kəs gördü ki, xalqın sifarişi əsasında həyata kecən bu mitinq xalqın ağrısını ifadə edirdi. Mən inanıram ki, növbəti aksiyalara daha çox insan qatılmaqla daha kütləvi mitinqlər baş tutacaq”.
 
“Ölkədə dinc yolla demokratik dəyişikliyin yolunu göstəririk”
 
Milli Şuranın Kordinasiya Mərkəzi üzvü Rövşən Əhmədli isə bildirib ki, Azərbaycanda insana dəyər verilmir. Onun sözlərinə görə, bu bir insanlıq mübarizəsisidir və bu mübarizədə yalnız öz cəsarətinə qalib gələn insanlar meydana çıxa bilirlər. Rövşən Əhmədli əlavə edib ki, bütün maneələrə, təzyiqlərə baxmayaraq xalq 15 mart aksiyansının sifarişinin ondan gəldiyini sübut edərək meydanı doldurdu:
 
“İstər fiziki maneələr, istər sosial şəbəkələrdə törədilən təxribatlar, Milli Şuranın sədri  Cəmil Həsənlinin “Facebook” səhifəsinin ələ keçirilməsi, saxta profillərlə yalan məlumatların yayılmasının müəyyən mənada təsiri olsa da, ümumilikdə mitinq çox möhtəşəm alındı. Hesab edirəm ki, mitinq vasitəsilə ölkədəki iqtisadi bohranın yaranma səbəbi xalqa çatdırıldı. Mitinqdə vurğulandı ki, manatın dəyərini itirməsi hökumətin antixalq siyasətinin nəticəsidir. Çünki bu ölkədə insana dəyər verilmir. Bu mübarizə insanlıq mübarizəsisidir və bu mübarizədə yalnız öz cəsarətinə qalib gələn insanlar meydana çıxa bilirlər. 
 
 Növbəti aksiyanın keçirilməsi bu prosesin davamlı olması ilə bağlı mitinq iştirakçılarının rəyi nəzərə alınaraq qərar qəbul edildi. Biz ölkədə dinc yolla demokratik dəyişikliyin yolunu göstəririk.  Əgər hakimiyyətin mənbəyi xalqdırsa, xalqın fikrilə hesablaşmaq lazımdır.  Bu gün bəzi media nümayəndələri təlxəklik edərək öz dayaz düşüncələrini nümayiş etdirirlər. Onların məntiqilə belə çıxır ki, mitinqdə əgər adam az iştirak etsə, deməli bu ölkədə talanı davam etdirmək lazımdır. Bu nə məntiqdir?! Hər halda ilk aksiya üçün 10 min  nəfərin iştrirakı xalq adına təqdirəlayiqdir. 13 min 500 şəhid ailəsinin qan pulunu vermək əvəzinə Bakiya gələn ermənilərin xərclərini ödəyənlər xalqın qəzəbinə tuş gələcəklər. Biz tələb edirik ki, Qarabağ qazilərinin, şəhid ailələrinin haqqı ödənilsin. Korrupsiyanın, rüşvətin qarşısı alınsın. Və digər tələblərlə növbəti mitinqlər vasitəsilə hakimiyyəti xalqla hesablaşmağa cağıracağıq“./azadlıq/
1480 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber