Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

İkinci Facebook qurbanı

“Facebook”da yaltaqlara “dur” deyən şərlənərək həbs olundu

Gənc fəala qarşı narkotik ittihamı irəli sürülüb; «bandotdel»də ona deyilib ki, «internetdə həddini aşırdı»

Azərbaycanda “facebook”da tənqidi statuslarına görə daha bir gənc həbs edilib. Bu, Abdul Abdulovdur. Bu barədə “Azadlıq”a onun yaxınları məlumat verib. Ona qarşı külli miqdarda narkotik vasitə saxlama ittihamı irəli sürülüb.
Həbs noyabrın 22-də səhər saatlarında baş verib. Onu kirayədə yaşadığı binanın həyətində Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin əməkdaşları həbs edib. Həyətdə saxlanılan Abdulun qolu burularaq yaşadığı evə qaldırılıb, oradan kompüterini götürərək gediblər.
Abdulu evə gətirərkən anasına onun cibinə nəsə atıldığını deyib.
Gənc fəalın yaxınları ona elan olunan narkotik ittihamının saxta olduğunu bəyan edir.
Qeyd edək ki, həbsin baş verdiyi ilk günlərdə yaxınları bunun anlaşılmazlıq olduğunu və qısa müddətdə Abdulun azad ediləcəyini güman edərək, məsələni ictimailəşdirməyiblər. Çünki Abdul saxlanma yerindən evlərinə zəng edərək, anasına deyib ki, narahat olmasın, onu həftənin birinci günü buraxacaqlar.
Abdul Abdulovu tanıyanlar bildirir ki, onun həbsinin yeganə səbəbi sosial şəbəkələrdə aktiv tənqidi fəaliyyətidir.
“Abdulu bir ilə yaxındır ki, tanıyıram. Mədəni, məsuliyyətli, zəhmətkeş adamıdır. Xəstə anasının və ailəsinin bütün yükü onun çiyinində idi. Sürücülüklə dolanırdı. O, heç bir partiyanın üzvü deyil. Onun başına gəlməyən oyun qalmayıb, ailəsi, özü çoxsaylı haqsızlıqla, ədalətsizliklə üzləşib. O qədər zülm görmüşdü ki, hətta bir ara özünü öldürmək istədiyini deyirdi. O, dayanmadan sosial şəbəkələrdə tənqidi qeydlər yazırdı. Bundan başqa, bir neçə tənqidçi ”facebook" səhifəsinin (məsələn, “Yaltaqlara ”dur" deyək!") admini idi. Iki aydır ki, izlənilirdi. Belə olacağı gözlənilən idi. Narkotik ittihamına gəlincə, o, bir ildir heç siqaret çəkmir. Onu intizamlı, əxlaqlı adam kimi tanımışam. Ittiham uydurmadır, şər-böhtandır", - deyə Abdulu tanıyan Natiq onunla bağlı fikirlərini bölüşüb.
Məlumata görə, Abdul Abdulov saxlanılarkən “bandotdel”də ona internetdə həddini çox aşdığını, xalqı hökumətə qarşı qaldırdığını deyiblər.
1785 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi