Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2015

Hadı Rəcəbliyə qarşı kampaniya başladıldı

Müəllimlərə fəhlilik etməyi tövsiyyə edən deputatın dissertasiya işlərinin araşdırılması tələb olunacaq

Bir neçə gün əvvəl deputat Hadı Rəcəbli mətbuata verdiyi müsahibəsində müəllimlərlə bağlı dedikləri bir neçə gün gündəmi zəbt etdi. Ciddi şəkildə qınanan və tənqid olunan Rəcəbli hətta növbəti müsahibəsini verərək, fikirlərinin təhrif olunduğunu bildirdi.

Deputat həmin müsahibəsində bəyan etmişdi ki, əgər əmək haqları kifayət etmirsə müəllimlər dərsdən sonra fəhləlik etsinlər.

Bu açıqlamasından sonra Hadı Rəcəbliyə qarşı kampaniyaya start verilib. Facebook-da yaradılmış eventdə vurğulanır ki, martın 31-dən etibarən sözügedən deputatın elmi işləri və dissertasiyalarının yenidən ekspertiza edilməsi təklifi gündəmə gələcək və bunun tələb şəklində irəli sürülməsinə başlanılacaq.

Kampaniyanın təşkilatçısı qismində «Azərbaycan Müəllimi» adlı bir profil çıxış edir. O yaratdığı eventdə vurğulayır: «Deputat-professor seçildiyi kəndlərdəki təhsilin acınacaqlı durumundan danışmaq əvəzinə, müəllimlərə fəhlə işləməyi təkli edir.

Hamı dişlərini Təhsil Nazirliyi və onun rəhbərliyinə qıcayıb ki, təhsili düzəldin. Bəs deputatın, İcra Hakimiyyətinin yaxasından nə vaxt tutacağıq?!

Mən Hadı müəllimin son və bundan əvvəlki müsahibələrini oxuduqdan sonra belə qənaətə gəlirəm ki, onun alimlik dissertasiyalarını ciddi ekspertiza etmək lazımdır. Məncə bu işə girişməyin vaxtı artıq çatıb»./jam/
1044 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı