Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2015

Xərçəng xəstəlikləri ilə mübarizə aparan qidalar

Xərçəng xəstəliklərinin Beynəlxalq araşdırmalar mərkəzinin alimlərinin qənaətinə görə, bütün onkoloji xəstəliklərin üçdə bir hissəsinin səbəbi düzgün qidalanmama ilə bağlıdır. Mütəxəssislər qeyd ediblər ki, onkoloji xəstəliklərin profilaktikasında sağlam qida ən başlıca şərtlərdən biridir.

Xərçəngin profilaktikası üçün meyvə və tərəvəzlər gündəlik olaraq qida rasionuna daxil edilməlidir. Hər gün 400-500 qram meyvə və tərəvəzdən istifadə etməklə mədə, bağırsaq və sidik kisəsinin xərçəng xəstəliklərinə tutulma riskini iki dəfə azaltmaq olar.
Yağlılıq dərəcəsi az olan süd və süd məhsulları xərçəng xəstəlikləri ilə mübarizə aparan qidalar sırasındadır. Bu məhsulların tərkibində olan kalsium orqanizmi xərçəngdən qoruyur.

Alimlər profilaktika üçün sutka ərzində 100 qramdan artıq olmamaq şərtilə quş və mal ətindən istifadə etməyi tövsiyə edirlər. Ət məhsullarından qızardılmış formada istifadə etmək isə məsləhət görülmür.

Xərçəngdən qorunmaq üçün ən yaxşı vasitələrdən biri də gün ərzində ən azı 2 fincan yaşıl çay içməkdir.

Alimlərin qənaətinə görə, onkoloji xəstəliklərin profilaktikasında bitki yağlarına üstünlük verilməlidir. Xörəklər və müxtəlif salatlar hazırlanarkən bitki yağlarından, xüsusilə də zeytun yağından istifadə edilməlidir.

Xərçənglə mübarizədə müntəzəm olaraq sarmısaq, soğan və göyərtilərdən istifadə etmək müsbət nəticə verir.

Onkoloji xəstəliklərdən qorunmaq üçün aşağıdakı qidalardan imtina edilməlidir:
Yağlı ət və ət məhsulları
Hisə verilmiş, qızardılmış, duza qoyulmuş, konservləşdirilmiş ərzaqlar
Alkoqollu içkilər
Yağlı pendir, kərə yağı
Un, qənnadı məmulatları.

Xərçəng xəstəliklərinə tutulma riskini azaltmaq üçün kalorili qidalardan imtina edilməlidir.

Belə düşünmək olar ki, müasir dünyamızın bəlasına çevrilən onkoloji xəstəliklərdən uzaq olmaq üçün insanın özündən də çox şey asılıdır. Sadəcə, qazanılan pulu xərçəngin dostlarına yox, düşmənlərinə xərcləmək kifayətdir.
1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı