Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2015

Bakıda növbəti "Quran Gecəsi" keçirilib - Fotolent

Bakıda Hacı Cavad məscidində növbəti Quran Gecəsi keçirilib. Mərasimdə tanınmış Quran qariləri, o cümlədən ziyalılar, ilahiyyatçı alimlər və digər mömin şəxslər iştirak ediblər. Mərasimdən əvvəl məscidin axundu, ilahiyyatçı alim hacı Əhliman Rüstəmov çıxış edib və bildirib ki, artıq Hacı Cavad məscidində bu tədbirin keçirilməyi ənənə halını alıb.

Mərasimdə həmçinin qeyd olunub ki, İslam dünyası Həzrət Muhəmmədin (s) əziz qızı, "Analar anası", "Dünya və axirət xanımlarının xanımı" Həzrət Zəhranın (s.ə) şəhadət gününün yaxınlaşmasını qeyd edir. Bir rəvayətə görə, Peyğəmbərimizin (s) vəfatından 75 gün sonra, digər rəvayətə görə isə 95 gün sonra şəhid olub. Bu iki şahədət günləri arasında müəyyən matəm mərasimləri və Xanım Fatiməni (s.ə) yad etmək üçün tədbirlər keçirilir.

Daha sonra Quran qarilar müxtəlif sürələrdən Quran oxuyublar./interaztv.com/






1157 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP