Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2015

"Başını kəsmə, ayətullah Sistani icazə vermir!"

Səlahəddin əyalətinin "İŞİD" terror qruplqşmasından təmizlənməsi zamanı İraq ordusu əsgərlərinin "İŞİD" terrorçuları ilə rəftarını əks etdirən maraqlı video yayımlanıb.

İnterAz xəbər verir ki, sosial şəbəkələrdə İraq ordusu xüsusi təyinatlılarının anti-terror əməliyyatı zamanı ələ keçən "İŞİD" üzvü ilə bağlı yayımlanan video az müddət ərzində çoxlu sosial şəbəkə istifadəçiləri tərəfindən izlənilib.

Video kadrlarda görünür ki, intiqam almaq istəyən iraqlı əsgərlərdən biri ələ keçən "İŞİD" terrorçusunun başını kəsməyə cəhd edir. Lakin digər bir əsgər “etmə, seyid Sistani icazə vermir, Sistani qəbul etmir!” deyərək ona mane olur.

Qeyd edək ki, hazırda İraqda "İŞİD" terrorçuları əleyhinə baş tutan xalq səfərbərliyi məhz Ayətullah Sistaninin fətvasından sonra baş tutmuşdur.

İraqda və bir çox dünya ölkələində böyük nüfuza malik olan müctəhid Ayətullah Sistani "İŞİD" əleyhinə aparılan əməliyyatlarda əsgərləri şəriət və dini qayda qanunlar çərçivəsində addım atmağa çağırıb.


1183 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP