Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2015

Yediyimiz yeməklər xasiyyətimizdən xəbər verir

İnsanların xasiyyətini müxtəlif üsullarla öyrənmək olar. Onlardan biri də insanların yediyi yeməkləri müqayisə etmək və zövqünə görə necə insan olduğunu müəyyən etməkdir.

Eqoistlər
Araşdırmalar göstərib ki, eqoistlər turş yeməkləri xoşlayır.

Romantiklər
Özlərini qurban verməyə hazır olanlar, cəngavər və romantiklər şirniyyat yemədən yaşaya bilmir.

Xəsislər
Duzlu yeməyə meyllik xəsislikdən xəbər verir. Bu insanlar əməksevərliyi və yaradıcı olmaları ilə də fərqlənirlər.

Səmimi insanlar
İstiotlu yeməkləri xoşlayanlar isə sadəlöhv və səmimi olurlar.

Temperamentli insanlar
Qaynar temperamentli acı yeməkləri sevənlər daim macəra axtarışındadırlar. Ən böyük çatışmazlıqları eqoizmdir. Bəzi xəstəliklərdən qurtulmaq üçün onlar yeməkdə duzdan az istifadə etməlidirlər.

Yağlı yemək xoşlayanlar
Yağlı yemək xoşlayanlar isə cəld və çevik olurlar. Həddindən artıq açıq olmaları bir çox hallarda həmsöhbətlərinin xətrinə dəyir.

Ət yeməyi sevənlər
Ət yeməyi xoşlayanlar həyatda uğur əldə etməyə çətinlik çəkmirlər. Onlar eyni zamanda ambisiyalı olur. Lakin tərəf müqabili kimi daimi olmurlar və başladıqları işi çox vaxt başa çatdırmırlar. Öz istəklərini həyata keçirmək məqsədi ilə bəzən istənilən situasiyadan sui-istifadə edə bilirlər. Ət yeməyi xoşlayanlar tənqidləri sakit qarşılaya bilmirlər. Onlar, adətən, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkirlər.

Balıq sevənlər
Balıq sevənlər öz sakitliyi və daimiliyi ilə fərqlənir. Dözümlü olmaları onlara dostları və həmkarları arasında hörmət qazandırır. Ailədə belə insanlara arxalanmaq olar. Lakin bir qədər səmimilikləri çatmır. Nadir hallarda başqaları haqda açıq fikir bildirir və bununla da ilk növbədə özlərinə ziyan vururlar.
963 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51