Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2015

Gürcüstanda xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı mərasim keçirili

Gürcüstanın bir çox yerlərində Xanım Zəhranın (s.ə) şəhadəti ilə əlaqədar əza məclisləri keçirilir.

Bütün Gürcüstan Müsəlmanları İdaərsindən (BGMİ) verilən məlumata görə, belə məclislərdən biri də Tbilisi yaxınlığındakı Əhli-beyt (ə) məscidində baş tutub.

Məclisddə axund Rahid Kərimov, BGMİ-nin Kvemokartli bölgəsi üzrə nümayəndəsi Qurban Murquzov Xanım Zəhranın (s.ə) fəzilətindən və o xanımın həyat tərzi ilə bağlı örnəklərdən söhbət açıblar.

Qeyd olunub ki, Peyğəmbər (s) onu "Analar anası", "Xanılmlar xanımı", "Ciyər parəsi" adlandırıb. Xanım Zəhra (s.ə) Xanım Zeynəbin (s.ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) anası, İslam aləmində böyük nüfuza malik bir qadın olub.

Sonra məclis Əhli-beyt Məddahı Ceyhun Müəzzinin rövzəsi ilə davam edib .

Qeyd edək ki, növbəti mərasimin martın 18-də Tbilisi "Cümə" məscidində keçiriləcəyi nəzərdə tutulub./SalamNews/


961 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı