Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2015

İŞİD İraqda türkmənlərin yaşadığı Dakuk qəzasında yeni bölgələr itirib

İraqda orduya tabe könüllü briqadalar və kürdlərin “Peşmərgə” qüvvələrinin birgə əməliyyatlarından sonra türkmənlərin yaşadığı Dakuk qəzasının bəzi kəndləri geri alınıb.

Bu barədə "Sumaria" agentliyi xəbər verir.

Məlumata əsasən, Tikritlə Kərkük arasında yerləşən Nəhrəvan və Təll-Vərd bölgələrinin geri alınmağından sonra Dakuka nəzarət güclənib.

İraq ordusunun hərbi əməliyyatları Səlahəddin əyalətində də davam edib. Ölkənin bəzi hərbi rəsmiləri Tikritin silahlılardan "təmizlənməyində" müttəfiqlərin hava zərbələrinin də iştirakını vacib hesab edir.

Yeri gəlmişkən, Bosniya Müdafiə Nazirliyi İraqa 550 min ton qədimi silah verdiyini bəyan edib. Bosniya hökuməti bunun İŞİD-ə qarşı mübarizə çərçivəsində həyata keçirildiyini bildirib./SalamNews/
929 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:18
Çin media