Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

İngiltərə İsrailə xəbərdarlıq etdi

"İsrail daxil olmaqla, dünyadakı bütün qüvvələr bu müqaviləyə zərbə gətirəcək addımlar atmaqdan vaz keçməlidir"

"İsrail, İranla əldə olunan razılaşmaya zərbə vuracaq işlərdən əl çəkməlidir".

İnterAz-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu İngiltərənin xarici işlər naziri Uilyam Heyq bildirib. O, parlamentin aşağı palatasında çıxışı zamanı Cenevrədə İran ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya (5 +1) arasında aparılan danışıqlar və əldə edilən razılaşma ilə bağlı məlumat verib.

O, bildirib ki, İsrail daxil olmaqla, dünyadakı bütün qüvvələr bu müqaviləyə zərbə gətirəcək addımlar atmaqdan vaz keçməlidir: "Biz bu qüvvələri bütün vasitələrlə belə addımlardan uzaqlaşdıracaq və bundan sonra bu razılaşmanın arxasında dayanacağıq".

İranla razılaşmanın, Yaxın Şərqdə təhlükəsizliyi təmin etmək və dünya daxilində nüvə silahların yayılmasının qarşısını almaq üçün atılan mühüm addım olduğunu dilə gətirən Heyqin sözlərinə görə, razılaşma 6 ay müddətinə bağlanıb və ortaq qərarla yenilənəcək.

İranın 6 ay müddətində uranın zənginləşdirilməsi ilə bağlı gördüyü işləri 5%-ə qədər azaldacağını və buna görə də nüvə silahı istehsalına maneə törədəcəyini vurğulayan ingilis nazir, İranın nüvə proqramı ilə əlaqədar Beynəlxalq Atom Enerjisi Təşkilatına da məlumat verəcəklərini söyləyib.
1666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:05