Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2015

Tikritdə İŞİD-in 500-ə yaxın üzvü mühasirədədir: Ya təslim, ya ölüm!

Nur-az.com-un farsnews.com-a istinadən:
Tikrit əməliyyatı komandirlərindən biri bildirib ki, şəhərin mühasirəsi İŞİD-in terrorist ünsürlərinin təslim ya ölümün ikisindən birinin seçməsinə qədər davam edəcək. Hal-hazırda onların 500-ə yaxın üzvünün mühasirəyə düşdüyü haqda məlumatımız var və onların həmin iki qərardan birini seçməkdən başqa çıxış yolları yoxdur. Mühasirənin hələlik davamı mühafizə xarakterlidir və şəhər ordunun tam ixtiyarında olduğundan artıq Tikritdə İŞİD-in fəaliyyəti sona çatıb.

On altı gün əvvəl başlayan Səlahəddin vilayətinin azadlığı əməliyyatı əsas məqsədini bu vilayətin mərkəzi sayılan Tikritə yönəltsə də, hələ ki, başa çatmayıb. Ön cəbhədən əldə edilən məlumatlara əsasən, əhalinin canının mühafizəsi, intihar əməliyyatları və bir çox məntəqələrin minalanması üzündən təmizlənmə prosesi ləng gedir və komandanlıq hər bir hərəkət və əməliyyatın ən az xəsarətlə başa çatmasını məqsədəuyğun görür. Odur ki, hər bir hal və məntəqə üzrə mütənasib plan və taktika həyata keçirilir.
1031 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03
06 dekabr