Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2015

Donbasın taleyi həll olunur

Ukraynanın Ali Radasında Donbasın ayrı-ayrı rayonlarının özünüidarəetməsinə dair qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəni parlamentə təqdim edən prezident Petro Poroşenko deyib ki, Donetsk və Luqansk rayonlarının özünüidarəçiliyi barədə qanun həmin ərazilərdə Ukraynanın suverenliyini bərpa edir. Xüsusi idarəçilik yerli idarəetmə orqanlarına demokratik seçkilərdən sonra həyata keçiriləcək.

Ümumiyyətlə, Minsk sazişinə uyğun olaraq, Ali Rada martın 14-dək Donbasın rayonlarına xüsusi siyasi və iqtisadi status verməli idi. Ötən həftə separatçılar rəsmi Kiyevə hədə dolu şərt irəli sürüblər ki, əgər Ali Rada bu şərtin icrasını yubatsa, atəşkəs pozula bilər.

Xatırladaq ki, martın 12-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Donbasın xüsusi status veriləcək rayonlarının sərhədlərini razılaşdırıb./ans/
798 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP