Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2015

Bakıda sürücü yol polislərini bıçaqla hədələdi

Bakıda yol polislərinin üstünə bıçaq çıxaran şəxs saxlanılıb.

Hadisə Azadlıq prospektinin M.Ə.Rəsulzadə qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Nissan" markalı avtomobillə hərəkət edən sürücü yol polisləri ilə mübahisə edib və onlara bıçaqla hədə-qorxu gələrək hadisə yerindən qaçmaq istəyib. Sürücünü təqib edən yol polisləri onu Binəqədi rayonu ərazisində - Əhməd Rəcəbli küçəsində saxlamağa nail olublar.

Saxlanılan zaman avtomobildən sürücünün polislərə hədə-qorxu gələn zaman istifadə etdiyi bıçaq da aşkarlanıb. Bundan sonra sürücü şəxsiyyətinin dəqiqləşdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır./report/
834 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...