Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

Zaqatala qatillərindən biri tutuldu

Zaqatalada baş verən atışma ilə əlaqədar bir nəfər həbs edilib.

Zaqatala Rayon Polis Şöbəsindən bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində 4 nəfərin olduğu avtomobilə atəşin açıldığı “VAZ-2107” markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Vüqar Lahıcov saxlanılıb.

Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində “VAZ-2107” markalı avtomobildə olan naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb.

V.Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır./apa/
1694 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı