Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2015

"Bu həbslərdən itirən cəmiyyət olacaq"

Elçin Manafov: Cəmiyyət savadlı, düzgün əqidəli, vətənpərvər din alimlərin qədrin bilməlidir.

“Ceyhun Cəfərovun “dövlət çevrilişində ittiham edilərək həbs edilməsini eşidərkən buna əvvəlcə inanmadım və onun belə bir maddə üzrə təqsirləndirilməsinin absurd olduğunu düşündüm. Onun MTN tərəfindən saxlanması xəbərini isə ölkədə olmadığım üçün gec öyrəndim.”

Ceyhun Cəfərovun həbsi ilə bağlı İslaminsəsi.org-a münasibət bildirən AİP-in sədr əvəzi Elçin Manafov bu ittihamın Ceyhunun şəxsiyyətinə yaraşmadığını dedi: 

- "Təkamül" Tərcümə Mərkəzinin rəhbəri, ilahiyyatçı Ceyhun Cəfərovu çoxdan və həm də yaxından tanıyıram.

Biz onunla birgə dini təhsil almışıq. Onun nə qədər səmimi, dürüst, halal, Azərbaycanın milli mənafeyinə və dövlətçiliyimizə necə sadiq insan olduğunu mən yaxşı bilirəm. Düşünürəm ki, müvafiq qurumlar məsələni diqqətlə araşdıracaq və bu həbsin böyük bir səhv olduğunu aşkara çıxaracaqlar.

Mən həmişə qeyd etmişəm ki, cəmiyyətdə baş verən bir çox problemlər ölkədə dini maarifçilik sahəsində mövcud olan boşluğun nəticəsində meydana gəlir.

İlahiyyatçı Elşən Mustafaoğlunun həbsindən sonra Ceyhunun da saxlanılması bu vakuumu daha da genişləndirəcək. Çünki ölkədə sağlam əqidəli, vətənini, millətini sevən, Azərbaycan dövlətçiliyinə sadiq ilahiyyatçıların xidməti danılmazdır. Radikal meyllərə qarşı çıxan, sabitliyin təmin olunmasına öz töhvələrini əsirgəməyən insanların həbsi cəmiyyətin saflaşdırlması, cahilliyə, fanatizmə və zorakılığa qarşı mübarizə işinə böyük zərbə vuran hərəkətlərdir. Ümid edirik ki, istintaq ədalətli və qərəzsiz aparılacaq, günahsız yerə həbs edilən din alimləri azadlığa buraxılacaqlar. Əks təqdirdə bu ilahi düşüncə sahiblərinin təcridindən cəmiyyət və dövlət ziyan görəcək. Çünki düşünən ağıllı beyinlər olmadan cəmiyyətin inkişafı mümkün deyil.

1296 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı