Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2015

Yunanlar yenə küçələrə töküldü

Yunanıstanda həbsxanalarda aclıq aksiyasına başlayan məhkumlara dəstək aksiyası keçirilib. Paytaxt Afinada toplaşan təxminən 500 nəfərlik qurup parlament binasının da olduğu “Sintaqma” meydanına yürüş edib.

Yürüş zamanı özlərini “İqtidar əleyhdarı anarxiyaçılar” adlandıran aksiyaçılarla polis qüvvələri arasında insident baş verib.

Aksiyaçıların daşlı və dəyənəkli hücumlarına çevik qüvvət polisi göz yaşardıcı qazla cavab verib.

İnsident zamanı aksiyaçılar bank şöbələrinə, avtobus dayanacaqlarına, telefon köşklərinə ziyan vurub, ictimai nəqliyyata məxsus avtobusun şüşələrini sındırıb, 2 xüsusi avtomobili isə od vuraraq yandırıblar.

Xatırladaq ki, Yunanıstan hökuməti Ədliyyə nazirliyinin müzakirəyə çıxarmaq istədiyi “F” tipli (fərdi) həbsxana qanununa etirasz edən bir çox məhkum aclıq aksiyasına başlamış, bir müddət sonra aksiya ölkənin bir çox həbsxanalarında yayılmağa başlamışdı./ans/
742 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP