Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2015

Putin: Bunu həyasızca edirlər

Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqının Faşist Almaniyası üzərindəki qələbəsinin 70-ci ildönümü münasibətilə ölkədə keçiriləcək tədbirlərin təşkilatı komitəsinin üzvləri ilə görüşüb.

Görüşdə 9 may – qələbə günü əsas müzakirə mövzusu olub.

İclasda iştirak edənlərə müraciət edən Putin, bəzilərinin 2-ci dünya müharibəsi ilə bağlı tarixi yenidən yazmaq cəhdlərindən söz açıb.

“Təəsüflər olsun ki, bu gün təkcə müharibənin nəticələrini dəyişmək və təhrik etmək cəhdlərini deyil, eyni zamanda bu qələbə uğrunda hər şeyi qurban vermiş, dünyada sülhü müdafiə etmiş həmin nəslin ünvanına qarşı arsızca, açıq-aşkar yalanlar söylədiklərini, həyasızca qara yaxdıqlarının şahidi oluruq”, - deyə Putin bildirib.

Prezident bu kimi cəhdlərin hədəflərinin aydın olduğunu, müasir Rusiyanın gücünü zəiflətmək, onu nüfuzdan salmaq, Rusiyanı qalib ölkə statusundan məhrum etmək məqsədi daşıyır. O eyni zamanda qeyd edib ki, xarici qüvvələr bu yolla xalqların arasında ədavət salmağa, tarixi iddiaları geosiyasi oyunlarda istifadə etməyə calışdıqlarını deyib.

Putin bu ittihamlarını səsləndirən zaman konkret “ünvan” seçməyib. Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, dəvətnamə göndərilmiş dövlət başçılarından 26-ı, o cümlədən Şimali Koreya lideri 9 may - qələbə gününü Moskvada qeyd etməyə razılaşıb.

Qərbdən olan bəzi liderlər Ukrayna münaqişəsindəki roluna görə Rusiyada keçiriləcək hərbi paradda iştirak etməməyə qərar verib./ans/
771 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<