Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2015

Deputatlardan ifşaedici əsaslandırma

Onlar parlamentin təyinatlı olmasını və əhalinin siyasətə qarışmasından narahatlıqlarını etiraf etdilər

Əminliklə demək olar ki, mövcud hakimiyyət bütün seçkiləri qətlə yetirib. Uzun illərdi ölkə vətəndaşları seçki prosesinə mənasız bir iş kimi baxırlar. Çünki, hakimiyyətin bütün seçkiləri saxtalaşdırdığına, vətəndaşın səsinin heç bir əhəmiyyət kəsb etmədiyinə əmin olublar. Ona görə də vətəndaş seçkiyə getmək zərurəti hiss etmir.
Uzun illərdi ölkə müxalifəti seçki qanunvericiliyinə və siyasi partiyalar haqqında qanuna dəyişiklik tələb edir. Amma seçki islahatları aparmaq hakimiyyətə sərf etmədiyi üçün, bir qayda olaraq tələblərdən yayınırlar və mövcud qanunvericiliyin möhtəşəm olduğunu əsaslandırmağa çalışırlar.
Bu dəfə də Milli Məclisin 2 deputatı bu məsələyə münasibət bildirib və özlərini ifşa ediblər. YAP təmsilçisi, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, Seçki Məcəlləsində heç bir dəyişikliyə ehtiyac yoxdur: “Ötən müddət ərzində keçirilən seçkilər bunu sübut edib. Hardasa texniki dəyişiklər mümkündür, ancaq bütövlükdə dəyişikliyə ehtiyac yoxdur. Heç bir sosial dayağı olmadan, seçicilərin heç bir etimadını qazanmadan, onların etimadını qazanmaq üçün də heç bir cəhd göstərməyən adam müəyyən qədər pul ödəyir, yarışa girir və status qazanır. Hətta iş elə gətirir ki, həmin adam millət vəkili olur. Sonrakı fəaliyyətində də həmin mövqedən çıxış edir”.
Göründüyü kimi, Bahar Muradova ziddiyyətli əsaslandırma ilə məşğul olub. Xanım deputat etiraf edir ki, heç bir dayağı olmayan, etimad göstərilməyən adamların millət vəkili olmaq şansı böyükdür. Axı bu necə ola bilər? Seçicilərin etimadını qazana bilməyən adam necə status qazana bilir? Deməli, söhbət seçkidən yox, təyinatdan gedir. Bahar Muradova demək istəyir ki, hansısa oliqarxın, nazirin himayəsində olan şəxs seçkidə iştirak edir və millət vəkili statusuna sahib olur. Biz də uzun müddətdir bunu deyirik. Deyirik ki, təsadüfi insanlar Milli Məclisdə xalqın taleyini müzakirə edir. Deyirik ki, Azərbaycanda seçki yox, təyinat var. Amma Bahar Muradovanın narahatlığı yalnız bununla bağlı deyil. O, gözəl bilir ki, real müxalifəti təmsil edən qüvvələrin seçkidə iştirak etməsi üçün pulu yoxdur və onlar girov hüququndan istifadə edərək yarışa girə bilərlər. Bu isə onsuz da seçicidən səs ala bilməyən hökumət təmsilçiləri üçün əlavə əziyyətdir.
Digər deputat Əli Hüseynli də dəyişikliklərə ehtiyac olmadığını, qanunvericiliyin bütün tələblərə cavab verdiyini bildirib: Onu deyə bilərəm ki, yaxın dövr üçün hansısa bir dəyişikliklərə, o cümlədən qeyd etdiyiniz məlum təkliflərin müzakirəsinə lüzum görmürəm.
Yaxın dövrlərdə yox, gələcəkdə fəaliyyətsiz partiyaların məsələsinə baxmaq mümkünləşə bilər. Nəzərə alaq ki, bu kimi hallar zamanında digər ölkələrdə də olub. Yəni insanlar nəhayət, həqiqətən də siyasətdən doyublar, bununla da partiyaların mərkəzləşməsi prosesi gedib. Şəxsən mənim təsəvvürümdə siyasətlə çox az qisim insanlar məşğul olmalıdır. Insanları daha çox iqtisadiyyat maraqlandırmalıdır. Yəni az bir qisim insan siyasi prosesdə olmalıdır. Ancaq bizdə insanlar özlərini həddindən artıq lüzumlu, lüzumsuz siyasi yüklə yükləyirlər".
Bəli, hökumətin ətəyindən yapışmış deputatlar cəmiyyətin siyasiləşməyini istəmirlər. Çünki, cəmiyyətdə siyasi aktivlik artdıqca, hakimiyyətin qanunsuz addımlarına əngəl yaranır, insanlar hüquqlarını dərk edir və demokratik mühitin formalaşması labüdləşir.
Digər tərəfdən, bu ölkədə baş verən bütün hadisələr siyasi hakimiyyətlə bağlıdır. Bütün sahələr məmurların inhisarındadır və istənilən daşın altından bu məmurlar çıxır. Bazarda satılan banandan tutmuş, sağlamlığımızı etibar etdiyimiz klinikaya qədər hər şey hansısa vəzifəlinin adı ilə bağlıdır. Yəni vətəndaş həyatının bütün anlarında siyasi hakimiyyətlə üz-üzə gəlir. 2.2 milyon vətəndaşın banka borcu varsa və bu bank nazirlərə məxsusdursa, nəticə necə olmalıdır?
Əli Hüseynli deyir ki, vətəndaşların böyük hissəsi iqtisadiyyatla maraqlanmalıdır. Görəsən, hansı iqtisadiyyatdan söhbət gedir? Bəlkə əhali məmurların monopoliya etdiyi, qeyri-neft sektorunun olmadığı, neftdən asılı vəziyyətə salınmış iqtisadiyyatla maraqlanmalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi bu ölkədə bütün yollar hakimiyyətə aparır. Ona görə də insanların siyasətlə yüklənməsi təbiidir./azadlıq/
790 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı