Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2015

"İŞİD" ər-Rəmadi şəhərinə hücum zamanı 125 terrorçusunu itirib

"İŞİD" terror təşkilatı son günlərdə əl-Ənbar əyalətinin ər-Rəmadi şəhəri istiqamətində həyata keçirdiyi hücumlar zamanı 125 silahlısını itirərək geri çəkilməli olub.

İnterAz-ın "əl-Aləm"-ə istinadla verdiyi xəbərə görə, bu barədə İraq ordusunun terrorla mübarizə idarəsinin “Qızıl alay”ının komandiri general-mayor Fazil Burvari məlumat verib.

Həmin məlumatda bildirilib ki, "İŞİD" son günlərin hücumunda minalanmış kamikazde maşınlarından geniş şəkildə istifadə etməsinə baxmayaraq, “Qızıl alay”ın nəzarətində olan bölgələrindən bir qarışını belə ala bilməyib.

Bu arada, İraq Müdafiə nazirliyi həmin bölgədə, Tikrit və əl-Fəllucədə "İŞİD" terrorçularının mövqelərinə endirilən hava zərəbələrinin görüntüsünü yayımlayıb.
1133 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP