Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2015

Mövsüm Səmədovun səhhətində ciddi problemlər yaranıb

AİP sədri anası və digər yaxın qohumları ilə görüşüb

Dünən, Qobustan qapalı həbsxanasında ailə üzvləri AİP lideri hacı Mövsüm Səmədovla görüşüb.

İslaminsesi.org-un aldığı məlumata görə, Mövsüm Səmədovun ruhiyyəsi və mübarizə əzmi olduqca yüksəkdir, amma səhhətində ciddi problemlər yaranıb. Çox zəifləyib, ürəyində və böyrəyində kəskin ağrılar var.

AİP sədrinin səhhəti ilə bağlı narahtlıq keçirən yaxınları bildirib ki, onun tez bir zamanda müalicə müəssisəsinə köcürülməsi lazımdır: “Çünki zəiflədiyinə görə, orqanizmi xəstəliklərlə mübarizə apara bilmir. Hacı Mövsümün ciddi müalicəyə ehtiyacı var. Bununla bağlı etdiyimiz müraciətlərə hələ də cavab almamışıq. O, bizimlə söhbət zamanı bütün dostlarına və həmfikirlərinə salamını çatdırmağı xahiş etdi.”

Qeyd edək ki, AİP sədri 2011-ci ilin yanvarından həbsdədir. O, saxta ittihamlarla - hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək - 12 il müddətinə azadlıqdan məhrum olunub. Ötən il sentyabr ayının 18-də saxlandığı 11 saylı cəzaçəkmə müəssisəsindən çıxarılaraq 12 saylı həbsxanaya köçürülüb. Sonradan o, qondarma ittihamlarla məhkəmə qarşısına çıxarılaraq haqqında Qaradağ rayonunda yerləşən ağır rejimli Qobustan qapalı cəzaçəkmə müəssisəsinə göndərilməsi barədə hökm çıxarılıb.
994 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:17