Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2015

Yarmarkada qiymət artdı

Bayramqabağı təşkil edilən yarmarkalarda satılan quru meyvələrin qiymətində dəyişiklik var. Mart ayının 14-dən paytaxtın müxtəlif rayonlarında keçirilən bayram yarmarkalarına alış verişə üz tutan sakinləri, satışa çıxarılan ərzaq və meyvə tərəvəz məhsullarının çeşidi və qiyməti qane edir. Amma çərəz və quru meyvələrin qiymətlərinin yüksək olması, alıcıları narazı salıb. Elə yarmarkalarda apardığımız müşahidələr zamanı, həqiqətən də quru meyvələrdə qiymət artımının olması öz təsdiqini tapdı. Satıcılar bunun səbəbini baş verən bu ilki quraqlıqla izah edir. Eyni zamanda onların sözlərinə görə, bəzi məhsulların xaricdən gətirilməsi də qiymətin artmasına öz təsirini göstərib. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, ümumi araşdırmalara görə, çərəzlərdə və quru meyvələrdə 5 faizə yaxın artım var. Bunun da səbəbi bayram günlərində bu məhsullara olan tələbatın artmasıdır. Qiymətlər əsasən təklif və razılaşma əsasında təyin edildiyindən satış prossesinə müdaxilə etmək mümkün deyil. Amma buna baxmayaraq bunun qarşısının alınması istiqamətində işlər aparılır. Qurumun mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyir ki, məhsulun çeşidi artıqca bu qiymətlərə də təsir edəcək. O qeyd edir ki, son yarmarka günlərdinə qiymətlərdə ucuzlaşma olacaq. Bununla yanaşı qurum rəsmisi neqativ halların da olduğunu qeyd edib. Onun sözlərinə görə, gün ərzində nazirliyin "qaynar xətti"nə müəyyən yarmarkalardan müraciətlər daxil olur. Həmin ərazilərə baxış keçirilərək nöqsanlar aradan qaldırılır. Xatırladaq ki, ayın 14-dən paytaxdın müxtəlif rayonlarında keçirilən bayram yarmarkaları, martın 20 -nə kimi davam edəcək./azadlıq/
749 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi