Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2015

19 martda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Martın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.
Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Martın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dağlıq və dağətəyi rayonlarda çiskinli olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14