Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

Əl-qolu bağlı vəziyyətdə 48 cəsəd tapıldı

Meksikada polis 22 gizli qəbirdə 48 insan qalığı aşkar edib. Hadisə yerində polis ekspertlər, prokuror və hərbçilər işləyir.

Qətlə yetirilənlər arasında 2 qadın olub. Ölənlərin şəxsiyyətini müəyyənləşdirmək və araşdırma aparmaq üçün cəsədlər artıq Mexikoya göndərilib.

İlk qalıqlar noyabrın əvvəli 2 itkin düşmüş federal polisin axtarışları zamanı tapılmışdı. Araşdırma zamanı “Halisko-Yeni nəsil” quldur qruplaşması ilə əməkdaşlıqda şübhəli bilinən 20 polis saxlanılmışdı.

Hökumətin verdiyi məlumata görə, cəsədlərin çoxu əl-qolu bağlı vəziyyətdə və cəsədlərində işgəncə izləri olub. Ehtimal edilir ki, cəsədlər tez-tez rəqibləri qorxutmaq üçün qəddar üsullara müraciət edən narkotik kartellərin qarşıdurmasının qurbanları ola bilər.
1957 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu