Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2015

Poroşenko o imzanı atdı

Ukrayna dövlət başçısı Rusiyanın ciddi etirazına səbəb olan bir addım atıb.

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasın ayrı-ayrı rayonlarının xüsusi statusu haqda qanunu imzalayıb. Bu barədə Ukrayna dövlət başçısının saytında məlumat verilir.

“Ukrayna prezidenti Pyotr PoroşenkoDonetsk və Luqansk vilayətlərinin bəzi rayonlarında xüsusi yerli özünüidarə qaydaları haqqında qanuna dəyişiklik edib” – deyə məlumatda açıqlanır.

Qanun layihəsinə əsasən, Donbasın bəzi rayonlarında xüsusi qaydalar yerli özünüidarə orqanlarına növbədənkənar seçkilərdən sonra tətbiq olunmalıdır. Sənəddə seçkilərin “bütün qanunsuz silahlı birləşmələrin” ölkə ərazisindən çıxarılmasından sonra Ukrayna qanunlarına uyğun olaraq keçirilməli olduğu vurğulanır.

Bundan başqa, seçkilərə ATƏT və digər beynəlxalq təşkilatların, həmçinin xarici dövlətlərin nümayəndələrinin nəzarət edəcəyi ayrıca vurğulanır.

Qeyd edək ki, ötən gün bu qanunu Ali Radanın spikeri Vladimir Qroysman təsdiq etmişdi./ans/
721 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı