Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2015

Sabirabadda işıq üsyanı

İki gündür elektrik enerjisi verilməyən kəndlərin sakinləri ayağa qalxdı

Sabirabadın 10-a yaxın kəndinin əhalisi dünən etiraz aksiyası keçiriblər. Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşmağa çalışan sakinlərin etirazlarına səbəb iki gündür elektrik enerjisinin verilməməsidir.

Məlumatda deyilir ki, Sabirabad sakinləri məsələ ilə bağlı ilk olaraq yerli Elektrik Enerjisi Satışı İdarəsinə müraciət ediblər. Oradan onlara bildirilib ki, bəzi elektrik xətləri sıradan çıxdığı üçün təmir işləri aparılır. Lakin onlar problemin hansı ərazidə aparıldığı barədə məlumat verməkdən boyun qaçırıblar.

Elə rayon sakinləri də bundan şübhələnərək, etiraza əl atmaq məcburiyyətində qalıblar. Sabirabadlılar sonradan dəqiqləşdiriblər ki, əslində, heç bir qəza baş verməyib. Əksinə, Sabirabad Elektrik Satışı İdarəsi son üç ay ərzində enerji sərfiyyatında yaranmış kəsiri ört-basdır etmək üçün əhalinin elektrikini kəsib.

Belə ki, Satış İdarəsi rayondakı ayrı-ayrı iaşə və digər obyektlərə satdığı elektrik enerjisinin pullarını alaraq, onları rəsmi qeydiyyata salmayıb. Yəni, aylıq haqq müqabilində məsələni öz aralarında həll ediblər. Rübün sonunda isə məlum olub ki, böyük kəsir yaranıb. Və bu boşluğu doldurmaq üçün həmin istifadə olunmuş və haqqı alınmış sərfiyyatı elektrik enerjisinin itkisi kimi sənədləşdirmək istəyiblər. Bunun üçün də kəndlərə verilən işığı kəsiblər. Özü də bayram günlərində./jam/
788 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı