Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2015

Putin 200 Qərb siyasətçisinə sanksiya tətbiq etdi

Rusiya Xarici İşlər Nazirliyi ABŞ və Avropa Birliyinin 200-dən artıq siyasətçisinin ölkə ərazisinə daxil olmasını qadağan edib. Siyahı Rusiya XİN-nin saytında dərc olunub.

“Rusiya Federasiyasına girişi qadağan olunan siyasətçilərin sayı Avropa Birliyinin və NATO ölkələrinin rusiyalı məmurlara qarşı tətbiq etdiyi qara siyahı ilə analojidir”.

Siyahıda ABŞ-ın 60-dan artıq siyasi xadiminin adı var. Rusiyaya girişi qadağan olunan həmin şəxslər arasında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Kerolayn Atkinson, prezidentin köməkçiləri Deniel Pfayfer, Bencamin Rode, ABŞ Konqersində fraksiya çoxluğunun başçısı Harri Rid, Nümayəndələr Palatasının spikeri Con Bayner, Senatın xarici siyasət komitəsinin sədri Robert Menendes, senatorlar Meri Lendryu və Con Makkeyn var.
735 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi