Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2015

İraq ordusu Tikritdə mühasirədə qalmış İŞİD mövqelərinə aviazərbə endirib

İraq ordusu Səlahəddin əyalətinin inzibati mərkəzi Tikritdə quru əməliyyatlar da aparıb

İnteraz-ın İraq Müdafiə Nazirliyinin rəsmi saytına istinadla verdiyi xəbərə görə, hava zərbələrində İŞİD terror təşkilatının xeyli sayda texnikası və canlı qüvvəsi məhv edilib.

İraq ordusu Səlahəddin əyalətinin inzibati mərkəzi Tikritdə quru əməliyyatlar da aparıb. Məlumata görə, Ordu və ona tabe olan Xalq Səfərbər Qüvvələri (könüllü briqadalar) Tikritdə küçə döyüşlərinə başlayıblar.

Döyüşlər digər əyalətlərdə də baş verib. Sumariyya agentliyi bildirib ki, könüllülər Kərkükdə türkmənlərin yaşadığı Bəşir bölgəsini tam ələ keçirib.

Kürdlərin “Peşmərgə” mənbələri məlumat verib ki, İŞİD sıralarını tərk etmək istəyən 18 əcnəbi döyüşçüsünü ölkənin şimalında edam edib. Edam edilənlərin hamısının ərəb ölkələrindən vaxtilə terror təşkilatına qoşulanlar olduğu qeyd edilir.
900 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:09