Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2015

Eldəniz Quliyevdən hakimiyyətə bayram çağırışı

"Şəkərbura yeyib yumurta döyüşdürərkən vaxt edib konstitusiyaya da nəzər salın"

Azərbaycan Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Moderator.az-a açıqlamasında hakimiyyətə bayram mesajını çatdırıb, onunla bağlı gözləntilərini dilə gətirib:
"Sözün doğrusu, verilən son alayarımçıq və ümidqıran əfv sərancamından sonra bu hakimiyyətə daha heç nə demək istəmirəm. Düşünürdüm ki, bir çox siyasi-vicdan məhbusları azadlığa çıxacaq və mən də sidq-ürəklə sevinəcəm, bu gözəl bayramda hakimiyyət təmsilçiləri barədə bol-bol xoş sözlər deyəcəm. Amma "sən saydığını say..."oldu...
İqtidar yetkililərinə yeganə arzum isə bundan ibarətdir: qoy onlar bayram günlərində ləzzətlə şəkərbura yeyə-yeyə yumurta döyüşdürəndə və ya qovurğa çeynəyə-çeynəyə Keçəllə Kosanı dolayanda arada vaxt tapıb ölkə Konstitusiyasına da nəzər salsınlar. Nəzər salsınlar və korşalaşmış yaddaşlarını təzələyib xatırlasınlar ki, Azərbaycan Demokratik Respublikadır. Və demokratik respublikanı bu sayaq anti demokratik üsullarla idarə etmək olmaz. Çünki bayırda 21-ci əsrin ikinci onilliyidir!.. Heç kim də çörəyi (əlbəttə, əgər tapırsa) qulağına yemir".
1271 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı