Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2015

5 aprel mitinqinə hazırlıqlar başlayıb

Milli Şuranın martın 15-də baş tutan aksiyanın gözlənildiyindən daha kütləvi alınması xalqın diqqət mərkəzindədir. Elə mitinqdəcə aprelin 5-ə növbəti aksiyanın elan edilməsi isə əlavə canlanmaya səbəb olub.

Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlı bildirir ki, 5 aprel aksiyası üçün artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub və mitinq hazırlığına start verilib:

“Mitinqə hazırlıq istiqamətində AXCP-nin rayon təşkilatlarında geniş toplantıların keçirilməsi nəzərdə tutulur. Eyni zamanda sosial şəbəkəldə mitinqlə bağlı geniş təbliğat-təşviqat kompaniyası aparılması planlaşdırılır. Millİ Şura olaraq məqsədimiz 5 aprel aksiasının daha geniş miqyaslı olmasını təmin etməkdir. Son aksiyanın qətnaməsindəki tələblərin yerInə yetirilməsi istiqamətində hər hansı təşəbbüs göstərilmədiyinə görə 5 aprel aksiyası da eyni tələblərlə keçiriləcək.
Milli Şura və AXCP olaraq hədəfimiz aksiyaların artan xətlə davam etməsidir. 15 mart aksiyasının cəmiyyət tərəfindən rəğbətlə qarşılanması, sosial şəbəkələrdə bu aksiyaya böyük marağın ifadə olunması onu deməyə əsas verir ki, 5 aprel aksiyasının daha izdihamlı olması üçün zəmin var. Təkcə “Azadlıq” qəzetinin saytından 120 minə yaxın insanın 15 mart aksiyası iə bağlı xəbəri oxuması onun göstəricisidir ki, cəmiyyətdə Milli Şuranın aksiyalarına böyük diqqət var. Qarşımızda duran əsas vəzifələdən biri də aksiyaya maraq göstərən insanların bu prosesdə fəal iştirakına nail olmaqdır. Azərbaycan vətəndaşları bilməlidirlər ki, ölkə problemlərinin həlli, bahalaşmanın, monopoliyanın, korrupsiyanın aradan qaldırılması xalqın bu məsələlərə göstərəcəyi həssaslıqdan asılıdır”./azadlıq/
818 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı