Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2015

Putindən sərt xəbərdarlıq

Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda rusiyalı milyonçular və nüfuzlu iş adamları ilə görüşən Rusiya prezidenti Vladimir Putin, onları xaricdəki kapitallarını Rusiyaya qaytarmağa çağırıb.

Putin ölkə xaricində saxlanılan pul vəsaitlərinin nə vaxtsa dondurula biləcəyini xəbərdar edib.

Siyasi şərhçilərə görə, Putin bununla ABŞ və Avropa Birliyi tərəfindən Rusiyaya qarşı daha sərt sanksiyaların gözlənildiyinə eyham vurub. Putin Rusiya iqtisadiyyatına investisiya qoymaq istəyən hər kəsə biznes üçün son dərəcə əlverişli mühitinyaradılacağını vurğulayıb.

“Bir sıra ölkələrdən belə deyək, həyəcanlı məlumatlar daxil olur. Elə təəssürat yaranır ki, xaricdəki kapitalın Rusiyaya qaytarılmasına əngəl olmaq cəhdləri ola bilər. Bu xaricdə olan kapitallardan istifadəyə məhdudiyyətlərin qoyulması ilə bağlı ola bilər. Bunu nəzərə alın”, - deyə Putin bildirib.

Təkcə ötən il Rusiyadan xaricə 151 milyard dollardan çox kapital axını olub. Bunun qarşısını almaq üçün Putin dekabr ayında kapital amnistiyası təklif edərək, Rusiyaya qaytarılan vəsaitlərə görə, sahibkarların vergi və digər orqanlar tərəfindən dindirilməyəcəyini bildirib./ans/
831 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber